Tarix: 15 Avqust 2020 10:06
Tarixdə ilk dəfə olaraq üç alman məşqçinin rəhbərlik etdiyi komandalar Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.
Qol.az-ın xəbərinə görə, Hans-Diter Flinkin rəhbərlik etdiyi "Bavariya" "Barselona"ya 8:2 hesabı ilə qalib gələrək ÇL-in yarımfinalına yüksəlib.
Bu mövsüm daha öncə bu uğura Tomas Tuhell (PSJ) və Yulian Naqelsmann da ("Leyptsiq") nail olmuşdu.
Qeyd edək ki, ÇL-də yarımfinala son vəsiqə uğrunda ispaniyalı Xosep Qvardiolanın rəhbərlik etdiyi "Mançester Siti" ilə fransız Rudi Qarsiyanın rəhbərlik etdiyi "Lion" mübarizə aparacaq.