Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gömrükçülər qanunsuz gətirilən siqaretləri müsadirə ediblər (FOTO)

Gömrükçülər qanunsuz gətirilən siqaretləri müsadirə ediblər (FOTO)

Tarix: 15 Avqust 2020 10:58

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə siqaretlərin ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Gürcüstan istiqamətindən respublikamıza daxil olan "MAN" və "VOLVO" markalı avtomobillərə gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 20 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Gömrükçülər qanunsuz gətirilən siqaretləri müsadirə ediblər (FOTO) - Gallery Image Gömrükçülər qanunsuz gətirilən siqaretləri müsadirə ediblər (FOTO) - Gallery Image Gömrükçülər qanunsuz gətirilən siqaretləri müsadirə ediblər (FOTO) - Gallery Image


Etiketlər:  Gömrükçülər qanunsuz gətirilən siqaretləri müsadirə ediblər FOTO


RƏYLƏR