Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 11:33
Bakı. Asif Mehman - Trend:
Daxili İşlər Nazirliyi tərəfindən qarşıdan gələn məhərrəm ayı ilə bağlı açıqlama verilib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, qarşıda gələn Məhərrəm ayında dini ayinlərin keçirilməsi, dindar insanların hislərinə, onların inanclarına çöx böyük hörmətlə yanaşırıq. Bu ayinlər hər zaman ölkəmizdə keçirilib. Amma indi ki epidemoloji vəziyyəti nəzərə almalıyıq. Xüsusən digər əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən ölkələrdə dini mərasimlərin keçirilməsi ilə bağlı şərtləqi qaydaları biz öyrənirik. Bunları nəzərə alaraq qarşıdan gələn dini mərasimlər çərçivəsində kütləviliyə yol verilməməsini vətəndaşlardan xahiş edirik.
Ölkəmizin din xadimləri tərəfindən də bununla bağlı insanlarımıza müraciətlər vardır, vətəndaşlarımızın bu müraciətlərə əməl edəcəyini inanırıq