Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azyaşlı ilə qadının intihara cəhdinin qarşısı alınıb

Azyaşlı ilə qadının intihara cəhdinin qarşısı alınıb

Tarix: 24 Iyun 2019 16:30

Bakı. Trend:

Nizami rayonunda intihara cəhd olub.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 2 nəfər (biri azyaşlı olmaqla) körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Hadisə yerinə cəld edilən Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri intihar cəhdinin qarşısını alaraq intihar etmək istəyən vətəndaşları körpünün təhlükəsiz hissəsinə keçiriblər. Xilasedicilər vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.


Etiketlər:  Azyaşlı ilə qadının intihara cəhdinin qarşısı alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ