Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ilin sonunda koronavirus pandemiyası bitəcək? - Həkimdən AÇIQLAMA

Bu ilin sonunda koronavirus pandemiyası bitəcək? - Həkimdən AÇIQLAMA

Tarix: 16 Avqust 2020 14:08

"Bu ilin sonunda koronavirus pandemiyası bitəcək".

Sonxeber.net bildirir ki, bunu Konkret.az-a koronavirusun bitmə tarixini açıqlayan professor Adil Qeybulla söyləyib.

Adil Qeybulla bildirib ki, birinci yekunlaşdıqdan sonra ikinci dalğa başlaya bilər: "Yəni yoluxanların sayı minumuma düşdükdən sonra yenidən yüksəlir. Bilirsiniz ki, bizdə birinci dalğa sönə bilmədi. Karantin rejimi yumşaldıqdan sonra davranışlardakı pozulmalar yeni bir yoluxmaya təkan verdi və yeni infeksiya yarandı. Nəticədə də birinci dalğa sönməyərək bu günə kimi davam edir. Əgər xəstəliyə yoluxanlar tək-tük olsa və birdən alovlanma başlasa, bu, ikinci dalğa hesab oluna bilər. İkinci dalğa başlasa belə onun intensiv və ağır olması gözlənilmir. Çünki virus mutasiyaya uğrayaraq zəyifləyib. Mən düşünürəm ki, bu ilin sonuna koronavirus pandemiyası bitəcək. Amma insanların davranışlarından da çox şey asılıdır. Bu baxımdan qapalı məkanlarda karantin qaydalarına əməl edilməsi ciddi nəzarət altında olmalıdır. Bu məsələ əksər yerlərdə başlı-başına buraxılıb. Marketə girəndə görürsən ki, biri maskanı çənəsinə taxıb, digəri isə burnu açıq gəzir. Qapalı məkanlarda kondisioner işləyən yerdə buna çox ciddi diqqət edilməlidir".


Etiketlər:  ilin sonunda koronavirus pandemiyası bitəcək Həkimdən AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ