Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus'' Dibalaya qiymət qoydu

''Yuventus'' Dibalaya qiymət qoydu

Tarix: 17 Avqust 2020 00:26

Paulo Dibala "Yuventus"u tərk edə bilər.

Qol.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisi yeni oyunçular almaq üçün 26 yaşlı yarımmüdafiəçini satmağı planlaşdırır. Bildirilib ki, "Yuventus" argentinalı oyunçuya 90-100 milyon avro qiymət qoyub. Klub bu məbləğ aralığında göndəriləcək təklifləri nəzərdən keçirəcək.

Qeyd edək ki, Dibala 2019/2020 mövsümündə 46 matçda 17 qol vurub, 8 qolun ötürməsini verib.

 


Etiketlər:  Yuventus Dibalaya qiymət qoydu


RƏYLƏR