Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2020 13:21
Bakı. Trend:
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları avtomobil ehtiyyat hissələrinin və telefon aksesuarlarının ölkənin gömrük sərhəddindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında ölkəmizdən beynəlxalq tranzit yolu ilə göndərilən, "Qara metallardan metal konstruksiyalar və onların hissələri" və "Qara metallardan qolf meydançaları üçün hissələr" kimi bəyan olunan yüklərə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Karqo Terminalında gömrük baxışı keçirilib.
Yoxlama zamanı yüklərin içərisində gömrük nəzarətinə bəyan edilməyən 47 adda avtomobil ehtiyyat hissələri və 2400 ədəd telefon aksesuarları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.