Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3 il ərzində Android dəstəyini əldə edəcək Samsung smartfonlarının rəsmi siyahısı təqdim olunub

3 il ərzində Android dəstəyini əldə edəcək Samsung smartfonlarının rəsmi siyahısı təqdim olunub

Tarix: 20 Avqust 2020 08:48

Galaxy Note 20 təqdimatı çərçivəsində Samsung şirkəti bildirmişdi ki, o öz smartfonlarında Android dəstəyini 3 il müddətində reallaşdıracaq. İndi isə şirkət 3 il müddətində Android dəstəyini əldə edəcək smartfonların rəsmi siyahısını təqdim edib. Siyahıda 38 smartfon modeli mövcuddur. Söhbət, Galaxy S, Galaxy Note, Galaxy A seriyalarına daxil olan smartfonlardan, qatlana bilən modellərdən və Galaxy Tab S planşetlərindən gedir.

- Galaxy S seriyası: Galaxy S20 Ultra 5G, S20 Ultra, S20+, S20 5G, S20, S10 5G, S10+, S10, S10e, S10 Lite

MIUI 12-ni ilk əldə edəcək Xiaomi və Redmi smartfonlarının əsl siyahısı təqdim edilib    
Bənzər xəbər
MIUI 12-ni ilk əldə edəcək Xiaomi və Redmi smartfonlarının əsl siyahısı təqdim edilib

- Glaxy Note seriyası: Galaxy Note 20 Ultra 5G, Note 20 Ultra, Note 20 5G, Note 20, Note 10+ 5G, Note 10+, Note 10 5G, Note 10, Note 10 Lite

- Galaxy A seriyası: Galaxy A71 5G, A71, A51 5G, A51, A90 5G

- Qatlana bilən smartfonlar: Galaxy Z Fold 2 5G, Z Fold 2, Z Flip 5G, Z Flip, Fold 5G, Fold

- Galaxy Tab S planşetləri: Galaxy Tab S7+ 5G, Tab S7+, Tab S7 5G, Tab S7, Tab S6 5G, Tab S6, Tab S6 Lite.

Bütün bu cihazların hamısı dəqiq şəkildə Android 11 və Android 12-yə kimi yenilənəcəklər. Onlardan bəziləri hətta Android 13-ü də əldə edəcəklər. Bununla yanaşı Samsung bildirib ki, Galaxy S20 modellərinin sahibləri Android 11-in stabil versiyasını ilin sonuna gözləyə bilərlər.


Etiketlər:  ərzində Android dəstəyini əldə edəcək Samsung smartfonlarının rəsmi siyahısı təqdim olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ