Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda karantin qaydalarını pozan idman zalı aşkarlandı (FOTO)

Bakıda karantin qaydalarını pozan idman zalı aşkarlandı (FOTO)

Tarix: 20 Avqust 2020 10:09

Bakı. Samir Əli - Trend:

Paytaxtın Binəqədi rayonunda rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan idman zalı aşkarlanıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Mircəlal küçəsində yerləşən idman-məşq zalında 9 nəfər müəyyən olunub.

Sanitar-epidemioloji normaları pozan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.

Bakıda karantin qaydalarını pozan idman zalı aşkarlandı (FOTO) - Gallery Image Bakıda karantin qaydalarını pozan idman zalı aşkarlandı (FOTO) - Gallery Image


Etiketlər:  Bakıda karantin qaydalarını pozan idman zalı aşkarlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ