Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mourinyo Beylin transferini istəyir

Mourinyo Beylin transferini istəyir

Tarix: 20 Avqust 2020 12:04

"Real"ın futbolçusu Qaret Beyl "Tottenhem"ə qayıda bilər.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə klubu 31 yaşlı hücumçu ilə maraqlanır. "Tottenhem"in baş məşqçisi Joze Mourinyonun uelsli oyunçunun komandada görmək istədiyi vurğulanıb. Portuqaliyalı mütəxəssisin Beylin oyununu yenidən yüksək səviyyəyə qaldıracağına inandığı bildirilib.

Qeyd edək ki, Beyl 2007-2013-cü illərdə "Tottenhem"də oynayıb. O, 2019/2020 mövsümündə 20 matçda 3 qol vurub, 2 qolun ötürməsini verib.

 


Etiketlər:  Mourinyo Beylin transferini istəyir


RƏYLƏR