Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" Neymarla razılığa gəldi

Tarix: 25 Iyun 2019 11:48

PSJ-nin futbolçusu Neymar "Barselona" ilə razılığa gəlib.

Qol.az-ın məlumatına görə,  "Dairy Sport" nəşri yazıb ki,  Kataloniya klubu braziliyalı hücumçu ilə 5 illik müqavilə imzalayacaq. 27 yaşlı oyunçu La Liqa təmsilçisində ilinə 24 milyon avro qazanacaq. Neymar PSJ-də isə ilinə 37 milyon avro maaş alır.

Xəbərə bildirilib ki,  Braziliya millisinin üzvü "Barselona"ya qayıtmağı çox istədiyi üçün klubun ilk təklifini düşünmədən qəbul edib.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da çıxış edib.

 


Etiketlər:  Barselona Neymarla razılığa gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ