Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BNA küçələrdə səkilərin hərəkət zolağına çıxmasına aydınlıq gətirdi

BNA küçələrdə səkilərin hərəkət zolağına çıxmasına aydınlıq gətirdi

Tarix: 20 Avqust 2020 17:20

Bakı Nəqliyyat Agentliyi son vaxtlar küçələrin tikintisi zamanı səki çıxıntıları və ya səkilərin yolun hərəkət hissəsinə doğru genişləndirilməsi məsələsinə aydınlıq gətirib.

Bu barədə Trend-ə açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev bildirib ki, müasir küçə dizaynının elementlərindən olan bu çıxıntılar piyada yönümlü şəhər infrastrukturunun qurulması baxımından zəruridir elementlərdəndir:

"Şəhərimiz üçün yenilik olsa da, dünyanın əksər şəhərlərində bu təcrübədən uğurla istifadə olunur. Son 5 ildə şəhər nəqliyyatında tətbiq etdiyimiz bir çox yeniliklər kimi səki çıxıntılarının da əhalinin düzgün qəbul etməsi üçün geniş maarifləndirmə işlərinə ehtiyac var. Bunu nəzərə alaraq bir daha səki çıxıntılarının əsas üstünlüklərini diqqətinizə çatdırmaq istərdim. Piyadalar üçün piyada keçid məsafəsinin azaldılması və gözləmək üçün daha geniş səkinin təmin edilməsi, xaotik parklanma vəziyyətinin nizamlanması, yol kəsişmələrində nəqliyyat vasitələri üçün münasib dönmə radiuslarının təşkili, avtobus və taksi minik avtomobilləri üçün xüsusi yerlərin ayrılması".

M. Ağayev deyib ki, hazırda 8 küçədə səki çıxıntıları təşkil edilib: "Bu küçələrdə təhlükəsizlik səviyyəsinin daha da artırılması üçün işıqqaytarıcı vasitələrin quraşdırılacaq. Bu günün axşam saatlarında sürücülərin çıxıntıları daha aydın görə bilməsi üçün olduqca vacibdir".


Etiketlər:  küçələrdə səkilərin hərəkət zolağına çıxmasına aydınlıq gətirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ