Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 10:52
“Sabah” 2020/21-ci illər mövsümü üçün ev və səfər formalarını təqdim edib.
Qol.az xəbər verir ki, “Nike” şirkətinin istehsalı olan olan formalar göy və ağ rəngdədir. Komanda növbəti mövsümdə ev oyunlarında göy, səfər oyunlarında isə ağ rəngli formalardan istifadə edəcək.
Yeni formaların təqdimat videosunda kapitan Ruslan Abışovla yanaşı, Bəhlul Mustafazadə, Kevin Kubemba və Ramil Şeydayev yer alıb.
“Sabah” yeni formada ilk oyununu Azərbaycan Premyer Liqasının 1-ci turunda “Qarabağ”a qarşı keçirəcək. Avqustun 22-də “Azersun Arena”da oynanılacaq matç saat 20:00-da başlayacaq.