Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 17:10
Hazırda 15 minə qədər tibb işçisi koronavirusla mübarizə aparır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Operativ Qərargahın keçirdiyi brifinqdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov deyib.
Onun sözlərinə görə, ümumilikdə 51 xəstəxana koronavirusla mübarizəyə cəlb olunub. Bunlardan 31 hazırda xidmət göstərir. COVİD-li xəstələrin müalicəsində bütün gücü ilə çalışmaqdadır. Bu xəstəxanalar bütün cihazlar və dərmanlara təmin olunub.