Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiyadan ən çox zərər görən sahələr hansılardır? Rəy

Pandemiyadan ən çox zərər görən sahələr hansılardır? Rəy

Tarix: 21 Avqust 2020 20:03

Bakı. Elçin Mehdiyev – Trend:

Apardığımız monitorinqlər göstərir ki, pandemiya Azərbaycanda bir sıra sahələrə birbaşa, bəzi sahələrə isə qismən təsir göstərib. Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, nəzərə alsaq ki, 20 fəaliyyət sahəsi pandemiyanın təsirlərinə məruz qaldı, onlardan 11-ində fəaliyyət tamamən, digər 9-da isə fəaliyyətin 70 faiz məhdudlaşması müşahidə olundu:

“Pandemiyadan ən çox zərər çəkən sektorlar turizm, xidmət, ictimai iaşə, nəqliyyat sahələri hesab olunur. Amma eyni zamanda bir sıra digər sektorlar var ki, xüsusən də fərdi sahibkarların çalışdığı sahələr var ki, onlar da pandemiyanın təsirlərinə məruz qaldı.

Məsələn, sərhədlərin bağlanması xaricdən avtomobil idxalı ilə məşğul olan sahibkarların praktiki olaraq dayanmasına gətirib çıxardı. Eyni zamanda nəzərə alsaq ki, ictimai iaşə və xidmət sektorunda çalışanların sayı kifayət qədər çoxdur, pandemiya həmin insanların da fəaliyyətinə imkan yaratmadı”.

Deputat qeyd edib ki, bir sıra sektorlarda, xüsusən ictimai iaşə, xidmət və turizm sektorlarında qiymətləndirmə göstərir ki, pandemiyadan əvvəl qeyri-formal çalışanların sayı az deyildi:

“Məsələn, ictimai iaşədə ofisiant, aşbaz və digər xidmətlər göstərən vətəndaşlarımızın bir qismi qeyri-formal olaraq çalışırdı, pandemiya bu sahəyə də təsir göstərdi. Pandemiya bir tərəfdən Azərbaycan iqtisadiyyatının 2.8 faiz azalmasına səbəb oldu. Amma Azərbaycan post-pandemiya dövründə iqtisadi aktiviliyi daha qısa zamanda bərpa etməyə çalışan ölkələrdən biridir və güman olunur ki, koronavirusla bağlı iqtisadi dəstək paketi post-pandemiya dövründə iqtisadi aktivliyi daha qısa zamanda əldə etməyə imkan verəcək”.

Pandemiyadan ən çox zərər görən sahələr hansılardır? Rəy - Gallery Image


Etiketlər:  Pandemiyadan çox zərər görən sahələr hansılardır Rəy


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ