Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2019 17:36
Azərbaycanın daha bir boksçusu “Minsk 2019” II Avropa Oyunlarında 1/4 finala vəsiqə qazanıb.
Qol.az-ın məlumatına görə, Alfonso Dominges (81 kq) 1/8 finalda Mixail Dolqolevetslə (Belarus) üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 5:0.
Dominges 1/4 finalda El Mohor (Belçika) - Yan Muzik (Çexiya) cütünün qalibi ilə döyüşəcək.
Qeyd edək ki, bu gün Azərbaycan boksçusu Cavid Çələbiyev də 1/4 finala vəsiqə qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Dorin Buska (Moldova) ilə üz-üzə gəlib və qələbə qazanıb - 5:0. Çələbiyev 1/4 finalda erməni əsilli Otar Eranosyanla (Gürcüstan) döyüşəcək.