Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2020 20:20
Bakı. Trend:
Son sutkada İtaliyada koronavirus infeksiyasına yoluxan yeni xəstələrin sayı 1 210 nəfər təşkil edib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, xəstəlikdən yeddi nəfər ölüb, ölənlərin ümumi sayı 35 437-ə çatıb.
Bildirilir ki, koronavirusa yoluxma hallarının sayı bütün bölgələrdə artır. Yeni yoluxma hadisələrinin ən çox sayı - 239 - pandemiyanın yerli yayılmasının episentri hesab edilən Lombardiyada qeydə alınıb. Yerli hakimiyyət nümayəndələrinin bildirdiyinə görə, yoluxmuşların üçdə ikisi xaricdən istirahətdən qayıdan italiyalılar və yaxınlarıdır.
Buna baxmayaraq, ölkənin səhiyyə naziri karantinin tətbiq etməyəcəyini bildirib.