Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2020 08:52
Bakı. Trend:
Suriyanın Dəməşq vilayətində qaz boru kəmərində terror aktı nəticəsində partlayış baş verib.
Trend-in məlumatına görə, bu barədə Suriyanın neft və mineral sərvətlər naziri Əli Qanim deyib.
Bildirilib ki, partlayış ölkə ərazisində elektrik enerjinin kesilməsinə səbəb olub:
"Vəziyyəti qiymətləndirdikdən sonra Adra və Dumeyr rayonları arasındakı qaz kəmərində partlayışa terror aktın səbəb olduğu müəyyən edilib".