Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da ən effektiv koronavirus vaksini yaradılıb

ABŞ-da ən effektiv koronavirus vaksini yaradılıb

Tarix: 24 Avqust 2020 13:28

Bakı. Trend:

ABŞ-ın Sent-Luis şəhərində Vaşinqton universitetinin alimləri bir doza ilə burun vasitəsilə yeridilən vaksin yaradıb.

Trend-in məlumatına görə, həmin vaksinin siçanlar üzərində sınaqları onun digər vaksinlərdən daha effektiv olduğunu nümayiş etdirib.

Müşahidələrdə məlum olub ki, vaksinin nazal yolla tətbiqi bütün orqanizmdə güclü immun reaksiyası yaradır. Ən güclü müdafiə isə burun boşluğunda və nəfəs yollarında yaranır.

Nazal vaksin koronavirusa nəfəs yollarında çoxalmağa imkan vermir.

Mütəxəssislər bu vaksinin insanlar üzərində sınaqlarının keçirilməsini zəruri hesab edir.


Etiketlər:  ABŞ effektiv koronavirus vaksini yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ