Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2019 20:48
Bakı. İlhamə İsabalayeva - Trend:
Bakının Nizami rayonu Babək prospekti 65 ünvanında "Astoriya"nın yanındakı dönərxanada zəhərlənmə baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, zəhərlənmə hadisəsindən 5 nəfər zərər çəkib.
Onların ikisinin 33, digərlərinin 30, 26 və 24 yaşları var.
Zəhərlənmə diaqnozu ilə 2 nəfər 3 saylı Bakı Şəhər Klinik Xəstəxanasına, 3 nəfər isə Kliniki Tibbi Mərkəzinə yerləşdirilib.
Hazırda onların müalicəsi davam etdirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin