Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2020 22:18
Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.
Trend-in məlumatına görə, qəbul zamanı ölkə başçısı yeni təyin olunan məmurlara tapşırıq və tövsiyələrini verib. Prezident qeyd edib ki, ilk növbədə, rayonlarda vəziyyət düzgün təhlil edilməlidir, mövcud olan nöqsanlar, çatışmazlıqlar araşdırılmalıdır. İnsanları narahat edən problemlər öz həllini tapmalıdır: “Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız. İnsanlar sizin qayğınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud olan problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud olan problemlər həll edilərsə, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəyə qaldıra bilərik”.
Prezident qeyd edib ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır: "Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram”.
Prezidentin yeni təyin olunan icra başçılarını qəbul edərkən qaldırdığı məsələlər Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında təhlil edilib. Verilişin qonaqları, Milli Məclisin deputatları Qənirə Paşayeva və Elşad Mirbəşiroğlu Prezidentin məmurlara tövsiyələri ətrafında fikirlərini bildiriblər. Qeyd olunub ki, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, icra başçıları Prezident İlham Əliyevin də vurğuladığı kimi, öz davranışları ilə əhalinin hörmətini qazanmalı, təvəzökar olmalı, insanları qıcıqlandıra biləcək addımlar atmamalıdırlar. Vurğulanıb ki, bəzi dövlət məmurları elə zənn edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib və onlar cəmiyyətdə formalaşmış ənənəvi davranış formalarını poza bilərlər. Verilişdə belə halların yolverilməzliyi qeyd edilib, Prezidentin də vurğuladığı kimi, hər bir məmurun vətəndaşın xidmətçisi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, məmurlar vətəndaşın xidmətçisi olduğunu dərk etməli, yerlərdə vətəndaşın problemlərinin həllinə çalışmalıdırlar.
“Hədəf” proqramına tam şəkildə “YouTube” kanalımızda baxa bilərsiniz.
https://www.youtube.com/watch?v=LHDJ-r08EQ0&list=PLOBkCoG0eyX7xoeRbVe_UDH8-gINYpV42&index=2&t=0s
https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w
İnformasiya dəstəyi – Trend.az