Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sağalan xəstələrin ürəyində koronavirus izləri TAPILDI

Sağalan xəstələrin ürəyində koronavirus izləri TAPILDI

Tarix: 24 Avqust 2020 23:30

Alman həkimləri Mainz klinikasında bəzi xəstələrin ürək əzələsində koronavirus izləri tapıb.

Sonxeber.net xəbər verir ki, əvvəlcə xəstələr miokardit şikayətləri ilə gəlib, lakin sonradan hamısının son zamanlarda ciddi xəstə olduğu məlum olub. Bu barədə "Oksford Akademik" jurnalında məlumat yayılıb. Alman Ürək-Damar Tədqiqatları Mərkəzinin professoru Filip Venzelin sözlərinə görə, bu xəstələrin hamısı 40 yaşdan aşağı və fiziki cəhətdən aktivdirlər, lakin bir neçə həftə əvvəl ağır qrip keçiriblər.

"Xəstələrin vəziyyətinin özəlliyi ondadır ki, COVID-19 zərərsiz şəkildə keçdikdən sonra və ya davam edərkən virus ürək əzələsinin biopsiyasının köməyi ilə aşkarlanır", - Venzel deyib.

Bundan əvvəl həkimlər ürək əzələsində virus izlərini yalnız ağır koronavirus xəstələrində aşkar etmişdilər. Tədqiqat müəlliflərinin fikrincə, yeni tip virusun uzunmüddətli təsirini araşdırmaq çətindir. Bununla birlikdə, həkimlər qeyd edirlər ki, yeni tədqiqatların nəticələri COVID-19 xəstələrinin ürək-damar sisteminə diqqət yetirilməsinin vacibliyini göstərir. (publika.az)


Etiketlər:  Sağalan xəstələrin ürəyində koronavirus izləri TAPILDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ