Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın ilk elektrikli avtomobili - Zetta

Rusiyanın ilk elektrikli avtomobili -  Zetta

Tarix: 25 Avqust 2020 08:36

İlk rus elektrik avtomobili Zetta ilə tanış olun. Bu il istehsala buraxılmalıdır. Kütləvi istehsal edilən bir avtomobil müəyyən keyfiyyətlərə sahib olmalıdır. Xüsusilə ucuz olmalıdır. Zettada bu parametrlər tamamilə öz əksini tapıb. Avtomobil təxminən 450 min rubla (10.000 AZN) başa gələcək.

Sonxeber.net techland.az-a istinadən bildirir ki, Zetta bu ilin əvvəlində yollarda olmalı idi ancaq koronavirus epidemiyası planları qarışdırdı. Məlumata görə elektrikli avtomobilin ən yüksək sürəti 120 km/saat olacaq. 10-32 kVt/saat tutumlu bir batareyaya sahib olacaq ki, bu da tam enerji ilə 560 km yol qət etməyə imkan verəcək. Kompakt ölçüsü sayəsində maşın 700 kq-dan az ağırlığa sahib olacaq.

Zetta Rusiyada istehsal edilsə də onu almaq şansımız çətin olacaq. Şirkət ildə yalnız 15000 ədəd istehsal etmək niyyətindədir.


Etiketlər:  Rusiyanın elektrikli avtomobili Zetta


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ