Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2020 00:36
"Sumqayıt"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan "Şkendiya"nın aparıcı futbolçularından biri olan Armend Alimi koronavirusa yoluxub.
Qol.az Şimali Makedoniya klubunun saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb. Bu səbəbdən Aliminin "Sumqayıt"la görüşü buraxacağı bildirilib. Futbolçuda xəstəliyin simptomları hiss olunmasa da, o, öz evində karantinə alınıb.
Qeyd edək ki, avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" görüşü saat 20:00-da başlayacaq.