Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2020 20:00
Azərbaycanda bu il 100.3 min hektar pambıq sahəsi əkilib.
Kənd Təsərrüfatı Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, pambıq ixrac edən ölkə olan Azərbaycandan 2019-cu ildə pambıq lifi ixracı 122.4 milyon dollar olub. Bunun da 88.7%-i Türkiyənin, 0.1%-i Misirin payına düşür.
2019-cu ildə pambıq ipliyi ixracı 30.2 milyon dollar həcmində olub ki, bunun da 65.3%-i Türkiyənin, 30.4%-i Rusiyanın payına düşür.
2020-ci ilin yanvar-iyul ayları ərzində pambıq lifi ixracı 70.6 milyon dollar olub. İxracın 89.4%-i Türkiyənin, 10.6%-i İranın payına düşüb.
2020-ci ilin yanvar-iyul ayları ərzində pambıq ipliyi ixracından 10.6 milyon dollar gəlir əldə edilib ki, bu məbləğin 63.7%-i Türkiyənin, 29.8%-i Rusiyanın payına düşür".