Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İnsanlara hesab vermək məcburiyyətində deyilsən'' - Rəqqasə Fatimə

''İnsanlara hesab vermək məcburiyyətində deyilsən'' - Rəqqasə Fatimə

Tarix: 27 Avqust 2020 19:05

Hər əməldən çıxıb sonda "əsas odur ki, qəlbim təmizdir" deyə bilmərəm. Çünki ortada təmiz qəlb yoxdur. Səhvsiz insan, yalansız dil yoxdur. İnsan yaşadığı həyat boyu nələr üçünsə nəyisə fəda edir, nəyisə əldə etmək üçün bəzən kimisə fəda edir. İnsan doğrunu tapmaq üçün yanlışdan keçir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva bildirib. Sənətçi riyakar insanlardan bəhs edib:

"Ola bilər, sənin əməlin başqasına zərər vurmur və ya sən elə düşünürsən ki, bu əməlin başqalarına aidiyyatı yoxdur. Lakin təmiz ürəyin də çölə vuruşu var. İnsan siması qəlbi çirkindirsə çirkindir və insan ruhu tərbiyə edilmirsə o qəlb təmiz deyil. Hər halda biz insan olmaq üçün yaranmışıq və əgər təmizliyə layiq bilinsəydik mələk olardıq.

Şeytan cənnətdən niyə qovuldu? O da eyni şeyi düşünürdü: "Mən hər kəsdən çox ibadət edirəm, mən hamıdan üstünəm".

"Mənim təmiz qəlbim var" deməyin də bir fərqi yoxdur. İnsan özünü qaldırdıqca başqalarının gözündə enir və "cənnət" də onu qəbul etmir. Denən ki, günahlarım var, səhvlərim çoxdur, ruhum ölənədək tərbiyə edilir və bunun üçün əlimdən gələni edirəm. Amma əzizim, daha hər əməldən çıxıb sonda qəlbin təmizliyinə sığınmağın və özünü səhvsiz görməyin nədir? Şeytan insan eqosunu sevir. Bəlkə sənin qəlbini sənə göstərən də elə odur?

İnsan olaraq doğulub elə də ölən hər varlıq natəmizlikdən keçib təmizə çıxır və vay o kəsə ki, çıxa bilməyib elə küllükdə ölür.

"Əsas odur qəlbim təmizdir" demə. İnsanlara onsuz da hesab vermək məcburiyyətində deyilsən. Özün üçün özünü sorğula və yenidən bir bax gör "həqiqətənmi təmizdir?"".

Milli.Az


Etiketlər:  Insanlara hesab vermək məcburiyyətində deyilsən Rəqqasə Fatimə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ