Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 20:36
"Ümumdünya Səhiyyə Təşkilatı, UNICEF və Beynəlxalq Pediatrik Assosiasiyası ilə bir araya gələrək uşaqların tibbi maskadan istifadəsi ilə bağlı statistikaya nəzər yetiriblər".
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə sözçüsü Marqaret Harris "Real TV"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, ÜST 5 yaşından aşağı uşaqların tibbi maska taxmasına ehtiyac görmür:
"Lakin müəyyən şəraitdə onların da maska taxmasl vacib ola bilər. 5 yaşından yuxarı uşaqların isə tibbi maskadan harada, necə istifadə etməsi ilə bağlı isə tövsiyə və təlimatlarımız var".