Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sonuncu dəqiqəni saymasaq...'' - Emin Mahmudov

''Sonuncu dəqiqəni saymasaq...'' - Emin Mahmudov

Tarix: 28 Avqust 2020 00:36

"Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının 1-ci turunda "Şkupi” üzərində 2:1 hesablı qələbəni dəyərləndirib.

Qol.az xəbər verir ki, ikinci qolda məhsuldar ötürmənin müəllifi klubun saytına açıqlamasında bildirib ki, komanda Avroliqada uğurlu çıxış etmək üçün daha yaxşı oynamalıdır:

"Çox çətin oyun oldu. Rəqib çox qapalı oynadı deyə, hücum etməyə çətinlik çəkdik. Daha çox cinahdan oynamaq istəyirdik, çünki rəqib bizi mərkəzdən sıxışdırırdı. Nəticədə cinah ötürməsindən sonra qol vurduq. Oyuna daha çox nəzarət etməliyik. İlk hissənin sonlarında yersiz top itirməyə başladıq. Şükür Allaha, mərhələni keçdik, amma Avroliqada uğurlu çıxış etmək üçün daha yaxşı oynamalıyıq. Məşqçimiz mərkəzdən daha az oynamağımızı tapşırdı deyə, sonuncu dəqiqəni saymasaq, amma Avroliqada uğurlu çıxış etmək üçün daha yaxşı oynamalıyıq, ikinci hissədə rəqib əks-hücum yarada bilmədi”.

 


Etiketlər:  Sonuncu dəqiqəni saymasaq Emin Mahmudov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ