Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AFFA liqaların başlama vaxtını açıqladı

AFFA liqaların başlama vaxtını açıqladı

Tarix: 28 Avqust 2020 17:22

AFFA-nın bayrağı altında keçirilən uşaq və yeniyetmə liqalarında yarışların oktyabr ayından etibarən start götürməsi planlaşdırılır.

Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu qərar orta təhsil müəssisələrində əyani tədris prosesinin bərpası ilə bağlı Təhsil Nazirliyinin Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı təkliflər nəzərə alınaraq qəbul olunub.

U-10, U-11, U-12, U-13 və U-14 liqalarının oktyabrın 3-də, U-15, U-16 və U-17 liqalarının isə oktyabrın 17-də başlanması nəzərdə tutulub.

Qeyd edək ki, liqaların startı ilə əlaqədar yekun qərarların qəbul olunması zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın orta məktəblərdə əyani təhsillə bağlı qərarları nəzərə alınacaq. Əvvəlki illərdə qeyd olunan liqalarda çıxış etmiş komandalar qeydiyyata alınmaq üçün sentyabrın 1-dən AFFA-nın Qeydiyyat və Statistika şöbəsinə, liqalara yeni qoşulmaq istəyən komandalar isə Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinə müraciət edə bilər.

 


Etiketlər:  AFFA liqaların başlama vaxtını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ