Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 11:15
Bakı. Elçin Mehdiyev – Trend:
Koronavirusa yoluxmanın artmasının qarşısını almaq üçün vətəndaşlarımızı karantin qaydalarına əməl etməyə çağırırıq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.
H.Hacıyev bildirib ki, virusla bağlı bugünkü rəqəmlər bizi sevindirir, ancaq dünya təcrübəsi göstərir ki, yumşalmalara və açılmalara getdikcə yoluxmaların sayı artır: “Buna görə də vətəndaşlarımız diqqətli olmalı və qaydalara riayət etməlidir”.