Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İctimai nəqliyyatla bağlı əlavə qərar veriləcək? - Hikmət Hacıyevdən AÇIQLAMA

İctimai nəqliyyatla bağlı əlavə qərar veriləcək? - Hikmət Hacıyevdən AÇIQLAMA

Tarix: 29 Avqust 2020 11:40

Hər bir addımın atılması üçün sanitar-epidemioloji vəziyyət təhlil edilərək qərar verilir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

İctimai nəqliyyat haqqında danışan H.Hacıyev bildirib ki, ictimai nəqliyyatda xəttə olan avtobusların sayı artırılıb ki, sıxlıq aradan qaldırılsın. O qeyd edib ki, məktəblərin açılması ilə bağlı da qarşıdan gələn dövr ərzində Bakı Nəqliyyat Agentliyi tərəfindən əlavə tədbirlər görüləcək ki, yarana biləcək sıxlıq aradan qaldırılsın.

PA rəsmisi qeyd edib ki, ictimai nəqliyyatla bağlı vəziyyət təhlil edilərək əlavə qərarların verilməsi istisna deyil.


Etiketlər:  İctimai nəqliyyatla bağlı əlavə qərar veriləcək Hikmət Hacıyevdən AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ