Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lerikdə ''Aşura'' mərasimi keçirmək istəyənlər saxlanılıb

Lerikdə ''Aşura'' mərasimi keçirmək istəyənlər saxlanılıb

Tarix: 30 Avqust 2020 13:15

Bakı. Trend:

Lerikin Cəngəmiran kəndində "Aşura" mərasimi keçirmək istəyənlər saxlanıldı.

DİN Mətbuat Xidmətinin regional qrupundan Trend-ə verilən məlumata görə,Lerik rayonunun Cəngəmiran kəndi ərazisində bir qrup şəxsin “Aşura” mərasimini keçirmək üçün məscidin qarşısına toplaşmaq istədikləri müəyyən olunub. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Lerik Rayon Polis şöbəsinə gətiriliblər.

Polis şöbəsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə olunublar. Bir nəfər barəsində toplanmış materiallar isə baxılması üçün Rayon Məhkəməsinə göndərilib


Etiketlər:  Lerikdə Aşura mərasimi keçirmək istəyənlər saxlanılıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ