Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 21:40
"Neftçi"nin yeni transferi Yusuf Lavalın agenti olan Aykut Culdan Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Qol.az xəbər verir ki, ölkəsinin mətbuatın danışan türkiyəli agent Bakı təmsilçisinin "Qalatasaray" üçün asan yem olmadığını bildirib: "Neftçi" "Qarabağ"la birlikdə Azərbaycanın ən böyük iki klubundan biridir. Onlar "Qalatasaray"la "Fənərbaxça" kimidirlər. Orada çempionatın ikinci turu başlayacaq. Komandalar fiziki cəhətdən hazır vəziyyətdədirlər. "Qalatasaray" bu mənada çətinlik çəkəcək. Əlbəttə, "Neftçi" "Qalatasaray" səviyyəsində komanda deyil. Amma əmin olun ki, çox yaxşı mübarizə aparacaqlar. Çünki diri komandadır".
A.Culdan "Neftçi"nin yeni transferi Lavalı xüsusi fərqləndirib: "Neftçi"nin çox sayda sürpriz oyunçuları var. Bunlardan biri də Lavaldır. Onu böyük ümidlərlə "Neftçi"yə gətirdik. Yusufa çox güvənirəm. Özünüz də görəcəksiniz. Lavala qarşı oyunda təkcə "Qalatasaray" deyil, Serxio Ramos da əziyyət çəkər, onunla asanlıqla bacara bilməz. Bu dərəcədə yaxşı futbolçudur. İstərdim ki, "Qalatasaray"a qol və ya qollar vursun".
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.