Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lerikin göz oxşayan təbiətindən FOTOlar

Lerikin göz oxşayan təbiətindən FOTOlar

Tarix: 31 Avqust 2020 23:22

Ölkəmizin qədim yaşayış məskənlərindən biri də Lerik rayonudur. Yerli və xarici turistlərin daha çox maraq göstərdiyi Lerikin təbiəti insan sağlamlığına məlhəmdir. Əbəs yerə deyil ki, Lerik Uzunömürlülüər diyarı kimi də tanınır.

Talış dağlarının əhatəsində yerləşən Lerikdə 162 yaşayış məntəqəsi, o cümlədən 1 şəhər və 161 kənd var. Cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Masallı, şərqdə Lənkəran, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublikası ilə sərhəd boyu Talış dağ silsiləsi, bundan şimalda Peştəsər və Buravar dağ silsilələri uzanır. Ən yüksək zirvələri olan Talış silsiləsindəki Kömürgöy və Qızyurdu dəniz səviyyəsindən 2 min 493 və 2 min 433 metr yüksəklikdə yerləşir.

Bu gün Lerik inkişafının yeni mərhələsinə qədəm qoyub. Dövlət proqramlarına uyğun olaraq, rayon ərazisində, xüsusilə Lerik şəhərində tikinti-quruculuq, abadlıq işləri uğurla davam etdirilir.

Sonxeber.net AZƏRTAC-a istinadən fotoqraf Aydın Oqtayoğlunun Lerikin füsunkar təbiətindən çəkdiyi fotoreportajı təqdim edir.


Etiketlər:  Lerikin göz oxşayan təbiətindən FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ