Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 01:28
“Barselona”nın futbolçusu İvan Rakitiç sabiq klubu “Sevilya”ya qayıtmağa yaxındır.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi yaxın günlərdə tibbi müayinədən keçəcək. Xorvatiyalı oyunçunun 2 illik müqavilə imzalayacağı gözlənilir.
Xəbərdə o da qeyd olunub ki, Kataloniya klubunun Rakitiçlə 2021-ci ilin yayınadək müqaviləsi olduğu üçün “Sevilya” qarşı tərəfə təzminat ödəməli olacaq.
Qeyd edək ki, İ.Rakitiç və Lionel Messi komandanın yeni mövsüm öncəsi ilk məşqində iştirak etməyiblər.
Xatırladaq ki, Rakitiç 2014-cü ildən “Barselona”da oynayır. O, 2011/14-cü illərdə “Sevilya”da çıxış edib.