Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 17:20
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bir müddət əvvəl Bakıya gətirilən yeni London taksilərinin daha bir neçəsi xətdə buraxılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər. Bunacan yeni taksilərdən 10 dənəsi fəaliyyətə verilmişdi:
"Hal-hazırda 50 ədəd yeni “LEVC TX” modelli taksi istifadəyə verilib. Texniki yeniliklər edildikcə avtomobillər istifadəyə verilir".
Xatırladaq ki, ölkəyə gətirilən 100 ədəd yeni London taksisi smart konfiqurasiyalıdır və 130 kilometrə qədər sırf elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir.