Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə koronavirusdan daha 947 nəfər sağalıb

Türkiyədə koronavirusdan daha 947 nəfər sağalıb

Tarix: 2 Sentyabr 2020 22:12

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 45 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 462 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 596 yeni yoluxma halı qeydə alınıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 947 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 246 876 nəfər təşkil edir.


Etiketlər:  Türkiyədə koronavirusdan daha nəfər sağalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ