Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hacı Əliyevdən qızıl medal - ''Minsk-2019''

Hacı Əliyevdən qızıl medal - ''Minsk-2019''

Tarix: 27 Iyun 2019 20:36

Azərbaycan güləşçisi Hacı Əliyev  “Minsk 2019” II Avropa Oyunlarında bu gün qızıl medal uğrunda həlledici görüşə çıxıb.

Qol.az-ın məlumatına görə, yığmamızın liderlərindən biri - 3 qat dünya və 3 qat Avropa çempionu 65 kq) finalda Vladimir Xinceqaşvili (Gürcüstan)  ilə üz-üzə gəlib.  İdmançımız bu mərhələyədək  Valodya Franqulyan (Ermənistan), George Koliyev (Belarus) və Xor Oqannesyana (Ukrayna) qalib gəlib. O, həlledici görüşdə rəqibini 4:0 üstələyərək qızıl medala sahib olub.

Bu, Azərbaycanın "Minsk-2019"da 2-ci qızıl medalıdır. Ötən gün sərbəst güləşçimiz Mahir Əmiraslanov (57 kq) çempion olmuşdu.

Qeyd edək ki, 97 kq çəkidə mübarizə aparan güləşçimiz Nurməhəmməd Hacıyev isə zədə səbəbindən həlledici görüşə çıxa bilməyib. Pəhləvanımız məcburiyyətdən gümüş medalla kifayətlənməli olacaq. Hacıyev bu günfinalda rusiyalı güləşçi Abdulrəşid Sadullayevlə qarşılaşmalı idi.

 


Etiketlər:  Hacı Əliyevdən qızıl medal Minsk 2019


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ