Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onlayn dərslərə görə hər ailəyə planşet veriləcək? - Rəsmi açıqlama

Onlayn dərslərə görə hər ailəyə planşet veriləcək? - Rəsmi açıqlama

Tarix: 4 Sentyabr 2020 14:21

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi onlayn dərslərin keçirilməsi üçün məktəbyaşlı uşağı olan hər ailəyə bu qurum tərəfindən bir planşetin veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, bu məlumat doğru deyil.

Pandemiya ilə əlaqədar siniflərdə əlavə partaların qoyulması, xüsusi nişanlarla işarə edilmə və s. kimi dəyişikliklərin edilib-edilməməsinə gəldikdə, TN-dən qeyd edilib ki, hazırda bu məsələ ilə bağlı İşçi qrup tərəfindən hazırlıq işləri aparılır.

Nazirlik bu barədə ictimaiyyətə məlumat veriləcəyini də açıqlayıb.


Etiketlər:  Onlayn dərslərə görə hər ailəyə planşet veriləcək Rəsmi açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ