Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəsi 37 dəfə pozub

Ermənistan iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəsi 37 dəfə pozub

Tarix: 5 Sentyabr 2020 09:40

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 37 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


Etiketlər:  Ermənistan iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəsi 37 dəfə pozub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ