Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mərasimlərdə, toylarda ən çox yaxın qohum-əqrəba iştirak etdiyinə görə, heç...''

''Mərasimlərdə, toylarda ən çox yaxın qohum-əqrəba iştirak etdiyinə görə, heç...''

Tarix: 5 Sentyabr 2020 13:54

Kütləvi yığıncaqlar, kütləvi mərasimlərlə bağlı eyni hal bizdə də bir müddət öncə yaşanmışdı.

Bunu Sonxeber.net-a TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

İnfeksionist bildirib ki, qohumların, yaxınların iştirak etdiyi məclislərdə insanlar arasında təmas, kontakt artdığına görə, yoluxma saylarına ciddi təsir edir:

"Bizdə də yas mərasimlərinin qadağa olmasına baxmayaraq bir neçə yerdə, hətta bir neçə bölgəmizdə insanlar karantin qaydalarına əməl etməyərək kütləvi məclis və yas mərasimləri keçirmişdilər ki, bu da bizim yoluxma statistikamıza ciddi təsir göstərmişdi. Eyni problemi bir neçə ay sonra Türkiyə də açıqlayır ki, onlarda toy və yas mərasimləri daxil olmaqla məclislərin keçirilməsi insanların kütləvi şəkildə bir araya gəlməsinə səbəb oldu. Bunun bir başqa tərəfi də var ki, misal üçün, insanlar kütləvi şəkildə bir təhsil ocağına yığıla bilər, amma mərasimlərdi, toylardı, burada ən çox yaxın qohum-əqraba iştirak etdiyinə görə, heç o sosial məsafədən, maska istifadəsindən söhbət getmir. Yetər ki, bu insanlar bir-birlərini görəndə yaxından ünsiyyətdə olurlar, görüşürlər, öpüşürlər, qucaqlaşırlar. Bu səpkidə hərəkətlərə daha çox yol verildiyinə görə yoluxma sayları digər sıxlıq olan məkanlardan - restoranlardan, mağazalardan, ictimai iaşə obyektlərindən daha çox bu səpkidə olan məclislərdə insanlar arasında təmas, kontakt artdığına görə, yoluxma saylarına da ciddi təsir edir". 

Qeyd edək ki, iyulun 1-dən Türkiyənin 14 vilayətində  toy, nişan, xınayaxdı və bu kimi mərasimlər, ümumiyyətlə, qadağan olundu. Amma digər vilayətlərdə əvvəlki qaydalarla toylara icazə verilirdi. İndi isə 14 vilayətdəki bu qadağa bütün ölkə ərazisində qüvvəyə minəcək. Türkiyə KİV-nin yazdığına görə, hökumətin belə radikal addım atmasına səbəb avqustun sonunda Bursa vilayətində keçirilən toyda baş vermis kütləvi yoluxmadır. Həmin toyda iştirak edən 42 nəfərdə COVID-19 aşkarlanıb, 150 nəfər isə qabaqlayıcı tədbirlər çərçivəsində karantinə alınıb. Səhiyyə naziri Fəxrəttin Koca bildirib ki, ölkə koronavirusun birinci dalğasının ikinci pikini yaşayır: "Bayramlar və toylardakı diqqətsizlilərimizi bizi bu vəziyyətə gətirdi". Yeni qərara əsasən, 4 sentyabr tarixindən etibarən toy, nikah, nişan mərasimləri qadağan edildi. Yalnız nikah şəklində keçirilən məclislər bir saat davam edə bilər. 

Təhməz Əsədov


Etiketlər:  Mərasimlərdə toylarda çox yaxın qohum əqrəba iştirak etdiyinə görə heç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ