Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Malidə terrorla mübarizə missiyası zamanı iki Fransa hərbçisi həlak olub

Malidə terrorla mübarizə missiyası zamanı iki Fransa hərbçisi həlak olub

Tarix: 6 Sentyabr 2020 06:00

Bakı. Trend:

Malidə terror qruplaşmalarına qarşı mübarizə əməliyyatı zamanı iki Fransa hərbi qulluqçusu həlak olub.

Trend-in məlumatına görə, bu barədə Elisey sarayı xəbər verib.

Məlumatda qeyd edilib: "Respublika prezidenti [Emmanuel Makron] bu səhər Tesalitdə əməliyyatı zamanı iki Fransa hərbçinin ölümü barədə xəbəri böyük həyacanla alıb".

Vurğulanıb kı, hərbçilər Saheldə terrorizmlə mübarizə missiyasını icrası zamanı Fransa uğrunda həlak olublar.

Məlumata əsasən, Fransa prezidenti ailələrinə, yaxınlarına və silah qardaşlarına başsağlığı verib.


Etiketlər:  Malidə terrorla mübarizə missiyası zamanı iki Fransa hərbçisi həlak olub


RƏYLƏR