Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vidal ''İnter''lə müqaviləni razılaşdırdı

Vidal ''İnter''lə müqaviləni razılaşdırdı

Tarix: 6 Sentyabr 2020 11:22

“Barselona”nın futbolçusu Arturo Vidalın yeni klubu məlum olub.

Qol.az İspaniya xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “İnter”lə razılığa gəlib. A Seriya təmsilçisi çilili oyunçu ilə 2+1 illik müqaviə imzalamağa hazırlaşır. Futbolçu “İnter”də illik 6 milyon avro və əlavə bonuslar qazanacaq.

Bundan əlavə Vidal “Barselona” ilə müqaviləyə xitam verməzdən əvvəl “İnter”dən 2-3 milyon avro məbləğində bonus ödəmələrini xahiş edir.

Qeyd edək ki, A.Vidal 2018-ci ildən Kataloniya klubunda oynayır.
 


Etiketlər:  Vidal İnterlə müqaviləni razılaşdırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ