Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 10:03
Türkiyə-Azərbaycan qardaşlığına və iyul ayında Tovuz istiqamətində erməni təxribatı haqqında film hazırlanıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, filmdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər dövlət rəsmilərinin, o cümlədən ictimaiyyət nümayəndələrinin fikirləri yer alıb.
Qeyd olunb ki, Tovuz təxribatı zamanı ermənilər öz məqsədlərinə nail ola bilmədilər.
Həmçinin filimdə Türkiyə və Azərbaycanın birgə reallaşdırdığı irimiqyaslı layihələr, iki qardaş ölkə arasındakı mövcud əməkdaşlıq, Türkiyə-Azərbaycan qardaşlığının tarixi və digər məsələlər haqqında söz açılıb.
Filmin tam versiyasına aşağıdakı videoda baxa bilərsiniz: