Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Xəritəyə baxsaq, elə də çox variant qalmayıb" - "Molde" rəsmisi

Tarix: 8 Sentyabr 2020 16:06

"Qərara hörmət edirik. Amma əlbəttə, bizi qane etmir. Oyuna qədər istisna razılığın alınmasına dair izahat əldə etmək mümkün olmayacaq. Hazırda biz Norveç Futbol Federasiyası ilə birlikdə vəziyyəti qiymətləndirəcək və oyunu neytral meydanda keçirə bilmək üçün UEFA ilə danışıqlar qurmağa çalışacağıq".

Qol.az Norveç mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Molde"nin direktoru Ole Erik Stavrum Norveç hökumətinin "Qarabağ"la Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin səfər oyunundan sonra komandanı karantindən azad etməkdən imtinasına dair qərarını şərh edərkən deyib.  

O, neytral məkan kimi iki ölkəni təklif edib: "Xəritəyə baxsaq, elə də çox variant qalmayıb. Yaşıl rəngdə olan ölkələrin sayı azdır. Yəqin ki, alternativ variantlar Macarıstan və Sloveniyadır".

 


Etiketlər:  Xəritəyə baxsaq elə çox variant qalmayıb Molde rəsmisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ