Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İndoneziyada əhali koronavirusa qarşı pulsuz peyvəndlə təmin ediləcək

İndoneziyada əhali koronavirusa qarşı pulsuz peyvəndlə təmin ediləcək

Tarix: 9 Sentyabr 2020 08:56

Bakı. Trend:

Təxminən 98 milyon az gəlirli indoneziyalı koronavirus peyvəndini pulsuz alacaq.

Trend TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Elmi Tədqiqatlar, Texnologiya və Ali Təhsil naziri Bambanq Brojoneqoro deyib.

"Təxminən 97-98 milyon nəfərdən ibarət dövlət sosial proqramının iştirakçıları dərmanı pulsuz alacaqlar", - qurum rəhbəri bildirib.

Hazırda respublikanın müxtəlif qurumları və elmi institutları gələn ilin ortalarında kütləvi istehsala buraxıla biləcək peyvənd hazırlayır. Prezident Coko Vidodonun imzaladığı fərmanına görə, bu məqsədlərə büdcədən təxminən 2,5 milyard dollar ayrılıb.


Etiketlər:  İndoneziyada əhali koronavirusa qarşı pulsuz peyvəndlə təmin ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ