Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2020 08:44
Gəncədə narkotik istifadəçisi ölüb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 41 yaşlı Vüqar Quliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, V.Quliyev yüksək dozada qəbul etdiyi narkotik vasitənin təsirindən ölüb.
Faktla bağlı araşdırma aparılır.