Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2020 14:16
Bakı. Sara Riazi, Nərgiz Sadıxova - Trend:
Yaxın aylarda İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi üzrə layihə işə salınacaq.
Trend-in məlumatına görə, bunu İranın Energetika naziri Rza Ərdəkanian deyib.
Onun sözlərinə görə, İranın elektrik şəbəkəsi hazırda iki marşruta malikdir – Rusiyanın elektrik şəbəkəsinə birləşmək üçün biri Azərbaycan, digəri Gürcüstan ərazisindən keçir.
Nazir vurğulayıb ki, tərəflər arasında razılığa əsasən layihənin reallaşdırılması ilə İranın mühəndis şirkəti məşğul olacaq:
“İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi çox vacib və zəruri layihədir”.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında verilmiş məlumata görə, üç ölkə elektrik şəbəkələrinin sinxronlaşdırılması ilə bağlı danışıqlar aparır.