Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi layihəsinə başlanacaq

İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi layihəsinə başlanacaq

Tarix: 11 Sentyabr 2020 17:08

Yaxın aylarda İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi üzrə layihə işə salınacaq.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İranın Energetika naziri Rza Ərdəkanian deyib.

Onun sözlərinə görə, İranın elektrik şəbəkəsi hazırda iki marşruta malikdir - Rusiyanın elektrik şəbəkəsinə birləşmək üçün biri Azərbaycan, digəri Gürcüstan ərazisindən keçir.

Nazir vurğulayıb ki, tərəflər arasında razılığa əsasən layihənin reallaşdırılması ilə İranın mühəndis şirkəti məşğul olacaq:

"İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi çox vacib və zəruri layihədir".

Qeyd edək ki, 2018-ci ilin oktyabrında verilmiş məlumata görə, üç ölkə elektrik şəbəkələrinin sinxronlaşdırılması ilə bağlı danışıqlar aparır.


Etiketlər:  İran Rusiya Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi layihəsinə başlanacaq


RƏYLƏR