Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bir dəfə qızımı avtobusda döyüblər'' - Əməkdar artist

''Bir dəfə qızımı avtobusda döyüblər'' - Əməkdar artist

Tarix: 11 Sentyabr 2020 17:12

Əməkdar artist Firəngiz Babayeva qızı Vəfanın başına gələn işi danışıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, "Faydalı saat" proqramında qonaq olan aktrisa qızının avtobusda döyüldüyünü bildirib:

"Qızım "Dəfnə ağacı" serialında çəkilmişdi. Orada Aytəni oynayırdı. Onu bir dəfə avtobusda döyüblər. Deyiblər ki, sən camaatın uşağına niyə şər atırsan? Qızım ağlaya-ağalaya avtobusdan düşüb mənə zəng etdi ki, gəl məni apar. Dedi, ya taksi tut, ya da mənə maşın al. Bura döyülməyə gəlməmişəm.

Aqressiv tamaşaçılar çoxdur, serialın içinə çox girirlər. Bir dəfə küçədə bir qadın mənə yaxınlaşıb ki, dayan. Dayanmışam, deyir, özünü yaxşı apar, səni burada sürüyərəm. "Uçurum" serialındakı roluma görə mənə əsəbi idi. Deyir, bir də gəlini döymə".


Etiketlər:  dəfə qızımı avtobusda döyüblər Əməkdar artist


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ